Balıqlar

Qızılbalıqlar soyuq su sevirlər. Həm şirin suda, həm də dənizdə, xüsusilə də şimal yarımkürəsindəki mülayim dənizlərdə yaşayırlar. Dünya sularında qızılbalıqların çoxlu miqdarda növləri yaşayır. Xəzər dənizində isə qızılbalıqlar fəsiləsinin 2 növünün nümayəndəsi – xəzər qızılbalığı və ağ qızılbalıq yaşayır. Bu balıqlar yırtıcı və çevikdirlər, digər balıqlarla qidalanırlar. Qızılbalığın gövdələri uzun, mil şəklindədir, başları pulcuqsuzdur. Qızılbalıqlar olduqca maraqlı həyat tərzi keçirir. Bütün həyatı boyu bədənlərinin rəngi bir neçə dəfə dəyişir. Xüsusilə çoxalma qabağı onların rəngi daha gözəl və parlaq olur. Qızılbalıqlar keçici balıq olduğundan çoxalmaq üçün dənizdən çaylara girərkən uzun məsafə (10 min km-dək) qət edirlər. Onlar kürülərini ancaq təmiz, oksigenlə zəngin və soyuq suyu olan çayların mənbəyinə tökür. Kürü tökdükdən sonra bu balıqlar, o cümlədən Xəzər qızılbalığı, Uzaq Şərq qızılbalığı və b. məhv olurlar. Qızılbalıq Omega 3 yağ turşuları, zülal, dəmir, fosfor, kalium, maqnezium, B6, B12, A, C və D vitaminlərini özündə ehtiva edir. Qızılbalıq təzə, dondurulmuş, duzlanmış və hisə verilmiş halda emal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.