Balıqlar

Nərəkimilər dəstəsinə aid balıq fəsiləsidir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Nərə balığı dünyadakı ən böyük şirin su balığıdır. Asiya, Avropa və Amerikanın şimal yarımkürəsinin dəniz və şirin sularında yaşayırlar. Hal-hazırda Xəzər dənizində (80%), Qara dənizdə, Azov dənizində, və bu dənizlərə axan çaylarda sıx şəkildə görülür. Bu balıqların həyatlarının çox hissəsi dənizdə keçir. Qışı dayaz dəniz sularında keçirir, çoxalmaq üçün erkən yazda çaylara girirlər. Aprel-iyun aylarında yumurta verir və ümumiyyətlə, iki ildən bir yumurta qoyurlar. Onlar 100 ilə qədər yaşayırlar. Biyolojik müxtəliflik baxımından son dərəcə əhəmiyyətli bir balıq növüdür. İqtisadi və sosial əhəmiyyəti də yüksəkdir. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır. Təzə, dondurulmuş və hisə verilmiş halda istehlak olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.