Nemes Trade MMC artıq 25 ildir ki, Azərbaycanda “Morena”, “Dadlım” brendləri adı altında dəniz məhsullarının satışı ilə bazar iqtisadiyyatında öz mövqeyini tutmuş, inkişaf etmiş şirkətlərdən biridir. Nemes Trade MMC dəniz məhsullarının idxalı, ixracı, satışı və istehsalı (təmizlənməsi, isti və soyuq hisə verilməsi, buzlanması, soyudulması) ilə bağlı fəaliyyət göstərir. Nemes Trade MMC Türkiyə, Norveç, İslandiya, İrlandiya, Şotlandiya, Kanada, Argentina və başqa ölkələrlə əməkdaşlıq edir. Bununla yanaşı Nemes Trade MMC-nin balıqyetişdirmə sahəsinə qoyulan investisiyaları ilə beynəlxalq təcrübəyə uyğunlaşan kadrlardan və dünyanın məşhur firmalarının xammal və avadanlıqlarından istifadə olunaraq xanı, mərmər, sazan, belamur balıqlarının yüksək keyfiyyətlə yetişdirilməsi nəticəsində mövqeyini qoruyub saxlamışdır. Nemes Trade MMC françayzinq, mağaza şəbəkələri, fərdi mağazalarla əməkdaşlıq etməklə yanaşı şəxsi butik mağazaları ilə də fəaliyyət göstərir. Müştərilərə təqdim etdiyimiz hər bir məhsul Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilmişdir.

MƏQSƏDİMİZ

 Beynəlxalq standartlar səviyyəsində fəalliyət göstərmək, yüksək keyfiyyətli innovativ məhsullar təklif etməkdir. Keyfiyyətli məhsul ilk növbədə müəssənin etibarını artırır və müəssənin fəaliyyət göstərdiyi sektorda aparıcı mövqeyə çatmasına kömək edir. Ona görə də keyfiyyəti zəruriyyət hesab edərək qoyduğumuz standartlara riayət edirik, optimal nəticələr əldə etmək üçün diqqətli şəkildə keyfiyyəti səmərəliliklə tarazlaşdırırıq.

Haqqımızda