Balıqlar

Som balığı ailəsinə aid balıq növüdür. Forel balıqları bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Respublikamızın ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan forel balıqları üçün bədəndə əlvan xalların olması xarakterikdir. Sümüklərin çatışmamazlığı və qarın boşluğunun kiçik olması səbəbindən əti çoxdur. Zülal baxımından zəngin olduğundan sağlam qidalanma üçün yüksək keyfiyyətli qida növüdür. B və D vitaminləri, yod və fosforla zəngindir. Uzunluğu 20-100 sm, çəkisi 25 kiloqrama qədərdir. Çoxunun boyu 25-30 santimetrdir, ən böyüklərinin kilosu isə adətən 10 kiloqram olur. Başları çılpaq və pulcuqsuzdur, bədənləri isə kiçik və sərt pulcuqlarla örtülmüşdür. Forelin gözləri son dərəcə güclüdür, yemini gözləri ilə asanlıqla seçir. Çox sürətli hərəkət etdikləri üçün köç dövrlərində maneələri dəf edə bilirlər. Erkəkləri daha parlaq, dişiləri isə daha rəngsizdir. Oktyabr-fevral ayları arasında yumurtlayırlar və 2-3 ay ərzində yumurtadan yeni nəsillər çıxır. Forel balığı təzə, dondurulmuş, duzlanmış və hisə verilmiş şəkildə emal və istehlak olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.