Balıqlar

KEFAL

Kefal balığı dənizdə yaşayan balıqlardandır. Xəzər dənizində 2 növü yaşayır – qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Kefal balığı iri başlı, gümüşü rəngli, orta ölçülü, pullu, ağ ətli və yağsız bir balıq növüdür. Uzunluğu növlərə görə 25-90 sm arasında dəyişir. Orta uzunluğu cinsə görə 25 sm ilə 90 sm arasındadır. Orta ömürü 15 ildir. Kefal balığı duzlu, daha az duzlu və şirin sularda yaşaya bilən çox mühitli balıqdır. İstilik, oksigen və duzluluq kimi bioloji faktorlara geniş şəkildə davamlıdırlar. İyun-sentyabr aylarında çoxalırlar və hər dəfə 3.5-7 milyon arasında yumurta qoyurlar. Əsasən təzə, dondurulmuş və hisə verilmiş halda emal olunur.

Balıqlar

NƏRƏ

Nərəkimilər dəstəsinə aid balıq fəsiləsidir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Nərə balığı dünyadakı ən böyük şirin su balığıdır. Asiya, Avropa və Amerikanın şimal yarımkürəsinin dəniz və şirin sularında yaşayırlar. Hal-hazırda Xəzər dənizində (80%), Qara dənizdə, Azov dənizində, və bu dənizlərə axan çaylarda sıx şəkildə görülür. Bu balıqların həyatlarının çox hissəsi dənizdə keçir. Qışı dayaz dəniz sularında keçirir, çoxalmaq üçün erkən yazda çaylara girirlər. Aprel-iyun aylarında yumurta verir və ümumiyyətlə, iki ildən bir yumurta qoyurlar. Onlar 100 ilə qədər yaşayırlar. Biyolojik müxtəliflik baxımından son dərəcə əhəmiyyətli bir balıq növüdür. İqtisadi və sosial əhəmiyyəti də yüksəkdir. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır. Təzə, dondurulmuş və hisə verilmiş halda istehlak olunur.

Balıqlar

KÜTÜM

Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9-24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır. Daim dənizdə yaşayır, kürü tökmək üçün şirin sulara girirlər. Yumurtlamağa təxminən mart və aprel aylarının ortalarından başlayırlar. Bu balıq növünün maksimum yaşı 11 ildir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bu balıqların əsl dişləri yoxdur və yeməyi faringeal dişlərlə əzirlər. Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanırlar. Kütüm Cənubi və Orta Xəzərdə qiymətli vətəgə əhəmiyyətli balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Təzə, dondurulmuş və hisə verilmiş halda emal olunur.

Balıqlar

SUDAK

Sudak yırtıcı şirin su balığıdır. Vətəninin Şərqi Avropa olduğu düşünülür. Dərin sularda yaşamağa üstünlük verirlər. Həmçinin çaylarda, göllərdə və bəzən çayların dənizə axdığı yerlərdə tapılan duzlu dəniz sularında da yaşaya bilərlər. Sudak balığının bədəni olduqca uzundur, ağzında yaxşı inkişaf etmiş sivri köpək dişləri var. Yanaqları ümumiyyətlə çılpaq, yəni pulcuqsuzdur. Bədənin üst və bəzi orta hissələri pulcuqlarla örtülüdür. Bel hissəsi tünd, yan hissələri isə boz-gümüşü rəngdədir. Sudak balığının orta uzunluğu 40 – 55 sm, maksimum uzunluğu isə 125 sm-dir. Orta çəkisi 1-2.5 kq, maksimum çəkisi 15 kilqramdır. Sudak balıqları iqtisadi dəyəri yüksək olan balıqlardır. Əsasən təzə, dondurulmuş, duzlanmış, konservləşdirilmiş və hisə verilmiş halda istehlak olunur.

Balıqlar

PANQASİUS

Naxakimilər dəstəsinin panqauslar fəsiləsinə aid balıq növüdür. Panqasius balığı və ya “köpək balığı” şirin suda və çaylarda yaşayır. Təbii şəraitdə balıqlar yalnız Şərqi Asiyada, Mekong çayının sularında tapılır, ancaq Vyetnam və Çində xüsusi fermalarda mükəmməl bir şəkildə yetişdirilir və ixrac olunur. Panqasius çayın dibində yaşayan yırtıcı bir balıqdır, kiçik molyusklar və xərçəngkimilərlə qidalanır. Bu balıq növü olduqca sürətlə böyüyür və bu səbəbdən sənaye əhəmiyyətinə malikdir, məsələn, altı ayda bir 2 kq-a qədər çəki qazanır. Panqasiusda kifayət qədər fosfor, amin turşusu, yağ turşusu, B, A və E vitaminləri var. Həmçinin panqasiusun tərkibində 80%-ə qədər protein var. Panqasius bütöv halda satılmır, xüsusi fabriklərdə kəsilir, dəri leşdən çıxarılır, sümüklər və yağlar ayrılır və vakuum torbalara qoyulur.

Balıqlar

ÇUPRA

Aralıq dənizində yayılmış sparidae fəsiləsinə aid balıq növüdür. İqlim baxımından çupra balığına bütün Aralıq dənizində rast gəlinməklə bərabər, şərq və cənub-şərq Aralıq dənizi ölkələrində, Kanar adalarında, İngiltərə sahillərində, Cape Verde və nadir hallarda Qara dəniz sahillərində də rast gəlinir. Çupra ümumiyyətlə tropik, subtropik və mülayim qurşaqlarda yayılmış dəniz fenoqramları ilə qumlu, palçıqlı mühitlərdə yaşayır. Eyni zamanda, müxtəlif duzluluq dərəcələrinə uyğunlaşa bilən bir növdür. Yetişdirilmə və inkişaf ayları oktyabr və dekabr ayları arasındadır, çoxalma və inkişaf üçün lazım olan temperatur isə 22-25°C-dir. Çupranın bədən forması ovaldır və simmetrik bir bədən quruluşuna malikdir. Balığın bel hissəsi qəhvəyi-boz, qarına doğru rəngi isə gümüşüdür. Güclü çənələri ilə kiçik xərçəngkimiləri, balıqları və digər heyvanları asanlıqla yeyən ətyeyən balıqdır. Əti az sümüklüdür, sert və ağdır. Təzə, dondurulmuş və hisə verilmiş şəkildə istehsal olunur.

Balıqlar

LEVRƏK

Levrək – Dicentrarchus cinsinə aid balıq ailəsidir. Yayılma və yaşayış yeri sahil suları, çimərliklər, estuariyalar, laqunlar çayların dənizə axdığı təbii yaşayış yerləridir və hətta müvəqqəti olaraq çaylara daxil ola bilirlər. Aralıq dənizi istisna olmaqla, bütün Aralıq dənizinin və Qara dənizin, Mərmərə və Egey dənizlərinin, Norveç və Seneqal arasındakı Şərqi Atlantik sahillərinin təbii yayılma sahəsidir. Dəriləri böyük pulcuqlarla örtülmüşdür. Bel hissəsi qurğuşun rəngli, qarnı isə daha açıq gümüşü rəngdədir. Levrəklərin uzunluğu ümumiyyətlə 40 sm ilə 100 sm arasındadır. Orta çəkisi olduqca dəyişkəndir, 300 qramdan 30 kiloqrama qədər olan növlərini görmək mümkündür. Onların çəkisi növlərə və yaşadıqları suya görə dəyişə bilər. Bol miqdarda protein ehtiva edən levrək insanların ehtiyac duyduğu zülalın əksəriyyətini qarşılayır. Əsasən təzə, dondurulmuş və hisə verilmiş səkildə emal olunur.

Balıqlar

FOREL

Som balığı ailəsinə aid balıq növüdür. Forel balıqları bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Respublikamızın ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan forel balıqları üçün bədəndə əlvan xalların olması xarakterikdir. Sümüklərin çatışmamazlığı və qarın boşluğunun kiçik olması səbəbindən əti çoxdur. Zülal baxımından zəngin olduğundan sağlam qidalanma üçün yüksək keyfiyyətli qida növüdür. B və D vitaminləri, yod və fosforla zəngindir. Uzunluğu 20-100 sm, çəkisi 25 kiloqrama qədərdir. Çoxunun boyu 25-30 santimetrdir, ən böyüklərinin kilosu isə adətən 10 kiloqram olur. Başları çılpaq və pulcuqsuzdur, bədənləri isə kiçik və sərt pulcuqlarla örtülmüşdür. Forelin gözləri son dərəcə güclüdür, yemini gözləri ilə asanlıqla seçir. Çox sürətli hərəkət etdikləri üçün köç dövrlərində maneələri dəf edə bilirlər. Erkəkləri daha parlaq, dişiləri isə daha rəngsizdir. Oktyabr-fevral ayları arasında yumurtlayırlar və 2-3 ay ərzində yumurtadan yeni nəsillər çıxır. Forel balığı təzə, dondurulmuş, duzlanmış və hisə verilmiş şəkildə emal və istehlak olunur.

Balıqlar

QIZILBALIQ

Qızılbalıqlar soyuq su sevirlər. Həm şirin suda, həm də dənizdə, xüsusilə də şimal yarımkürəsindəki mülayim dənizlərdə yaşayırlar. Dünya sularında qızılbalıqların çoxlu miqdarda növləri yaşayır. Xəzər dənizində isə qızılbalıqlar fəsiləsinin 2 növünün nümayəndəsi – xəzər qızılbalığı və ağ qızılbalıq yaşayır. Bu balıqlar yırtıcı və çevikdirlər, digər balıqlarla qidalanırlar. Qızılbalığın gövdələri uzun, mil şəklindədir, başları pulcuqsuzdur. Qızılbalıqlar olduqca maraqlı həyat tərzi keçirir. Bütün həyatı boyu bədənlərinin rəngi bir neçə dəfə dəyişir. Xüsusilə çoxalma qabağı onların rəngi daha gözəl və parlaq olur. Qızılbalıqlar keçici balıq olduğundan çoxalmaq üçün dənizdən çaylara girərkən uzun məsafə (10 min km-dək) qət edirlər. Onlar kürülərini ancaq təmiz, oksigenlə zəngin və soyuq suyu olan çayların mənbəyinə tökür. Kürü tökdükdən sonra bu balıqlar, o cümlədən Xəzər qızılbalığı, Uzaq Şərq qızılbalığı və b. məhv olurlar. Qızılbalıq Omega 3 yağ turşuları, zülal, dəmir, fosfor, kalium, maqnezium, B6, B12, A, C və D vitaminlərini özündə ehtiva edir. Qızılbalıq təzə, dondurulmuş, duzlanmış və hisə verilmiş halda emal edilir.

Balıqlar

SKUMBRİYA

Xanıkimilər dəstəsinə aid olan balıq növüdür. Skumbriya balığının bədən quruluşları uzundur, qarın hissəsi yüngül gümüşü tonlardadır. Onlar təxminən 8 və ya 11 il yaşayır. Skumbriya, ilin hər vaxtında tapıla və istehlak edilə bilən bir balıq növüdür. Ancaq təbii yaşayış yerlərində yetişdirilən skumbriya balığını istehlak etmək üçün ən yaxşı vaxt payız və qış aylarıdır. Yerli və ən ləzzətli skumbriya oktyabr, noyabr və dekabr aylarında istehlak edilə bilər. Skumbriyalar qiymətli sənaye əhəmiyyətli balıqlardır. Onların əti olduqca yağlı olur. Bu balıq növünün tərkibində B1, B2, B3, B6, B12 vitaminləri və D vitamini var. Təzə, dondurulmuş, soyuq və isti hisə verilmiş, ədviyyatlanmış və duza qoyulmuş halda şirkətimiz tərəfindən emal olunur.

Balıqlar

XEK

Xek balığı Sakit və Atlantik okeanlarının sularında 20 m ilə 300 m dərinlikdə yaşayır və optimal həyat üçün qitə şelfini seçir. Bədən rəngi gümüşü tonlara malikdir. Xek balığının uzunluğu ümumiyyətlə 30 sm ilə 70 sm arasındadır. Fərqli xüsusiyyəti qısa üst çənə ilə geniş bir ağıza malik olmasıdır. Xek balığı PP, B, A və E vitaminləri, fosfor, dəmir, yod və kalsium kimi elementlər şəklində faydalı mineral birləşmələr və zülallar ilə zəngindir. Balıqdakı vitaminlər maddələr mübadiləsini tənzimləyir, toksinləri bədəndən çıxarır və xərçəng inkişafının qarşısını alır. Xek balığı təzə, dondurulmuş və hisə verilmiş halda istehlak olunur.

Balıqlar

ŞAHMAYI

Şahmayının latınca adı Chalcalburmis chalcoides balığıdır. Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3-5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şahmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şahmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12°C olduqda çaya girmə başlayırsa, 10°C-də maksimum həddə çatır, 8°C-də prosses başa çatır. Bədəni uzunsov, yanlarından azacıq basıq, parlaq və başı kiçikdir. Həddindən artıq yağlı və dadlı balıq növüdür. Uzunluğu 20-40 sm, kütləsi 150-180 qramdır. 5 il yaşayır. Şahmayı balığının faydaları da çoxdur. Bu balıq vitaminlər, mikro və makro elementlər zülallar və yağlarla zəngindir. Şahmayı təzə, dondurulmuş və hisə verilmiş halda emal və istehlak olunur.

Balıqlar

KİLKƏ

Kilkələr mülayim və az soyuq dənizlərdə yaşayırlar. Kilkənin bədəni düz şəkildədir, pulcuqları böyükdür və bədəninə yaxşı uyğunlaşmamışdır. Sürüdə gedərkən qəfil bir dönüş etdikdə, suda belə tökülə bilərlər. Alt çənənin yuxarı çənəyə doğru əyilmiş kiçik bir ağzı var, dişləri yoxdur. Orta ömür müddəti 5-6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər “kil” olduğuna görə kilkə adlanır. Xəzər dənizində 3 əsas növü yayılmışdır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir. İrigöz kilkə digər kilkələrə nisbətən az miqdarda yayılmışdır. Təzə, dondurulmuş və hisə verilmiş növləri şirkətimiz tərəfindən emal olunur.